Qalan vaxt
İştirakçı sayı
Ziyarətçi ölkə sayı
İnvestor sayı
21 sentyabr tarixində Azərbaycanda ilk dəfə “Beynəlxalq Pərakəndə Zirvəsi 2024” adlı böyük bir layihə keçiriləcək
“Biznes Mərkəzi Sahibkarlar Klubu”nun təşkilatçılığı, “URFAD”, “CEO platforması” “DK Agency”, “Creaidea Group”un təşkilati dəstəyi ilə baş tutacaq tədbirdə 1000-dən çox iştirakçı, 100-dən çox investor və şirkətin qatılması planlaşdırılır.
Tədbirdə, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Misir, Polşa kimi ölkələrdən də sahibkarlar və investorlar iştirak edəcəklər.
Zirvənin əsas məqsədi bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, B2B görüşlər və sərgilər vasitəsilə məhsulların təqdimatı, sənayedəki tendensiyalarının paylaşılması, netvorkinq, bazarın inkişafına dəstək olacaq yeni məhsulların təqdim edilməsi, yerli və xarici təcrübələrin mübadiləsi, B2G görüşlər, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi və bu münasibətlərin gücləndirilməsidir.
İnvestorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi bu zirvədə əsas öncəlik FMCG, moda, gözəllik, qida sənayesi, əmlak, inşaat, ticarət mərkəzləri, texnologiya və innovasiya, HoReCa, Logistika, elektron kommersiya, insan resurslarının idarə edilməsi sahələri üçün veriləcək.
Tədbirdə “Pərakəndə sənayedə ən son trendlər”, “Rəqəmsal ticarətin gələcəyi”, “Müştəri təcrübəsinin təkminləşdirilməsi” və “Sənayeyə xüsusi mövzular” başlıqlı panel mövzuları ilə yerli və xarici spikerlərin çıxışı baş tutacaq.
Zirvənin proqramı
21 sentyabr
Rəsmi açılış Panel müzakirələri Kofe-breyk Sərgi gəzintisi Nahar B2B görüşlər, ARAZ və Xəzər FM-də canlı yayımlar, “Biznes Mərkəzi Klubu”nun sosial media hesablarından canlı yayım Qala Gecəsi
Bilet al